Bu gün futbol üzrə Türkiyə Super Liqasında iki nəhəng komanda - "Qalatasaray" və "Fənərbağça" qarşı-qarşıya gələcək.
Yeniavaz.com xəbər verir ki, birinciyə məxsus "NEF Stadionu"nda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.
İstanbul derbisindən əvvəl "Qalatasaray"ın heyətində 2 itki var. Arda Turan və Saşa Buy vacib görüşü buraxacaq. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədə səbəbindən oynamayacaq.
Qeyd edək ki, hazırda "Qalatasaray" 21 xalla 6-cı, rəqibindən 1 xal az toplayan "Fənərbağça" isə 8-ci pillədə qərarlaşıb.