Polisin avtomobillə velosipedçini vuraraq öldürməsi ilə bağlı DİN-dən AÇIQLAMA + YENİLƏNİB


Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində RPŞ-in əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.

***00:15
Bu gün axşam saatlarında Göyçay rayonunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, Göyçayın Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən Göyçay şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçini, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.

O, aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



Qurbanov Fərid Bayram oğlu

APA

DİGƏR XƏBƏRLƏR

Top