Minaya düşən Goranboy sakini ilə bağlı xəstəxanadan AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün Goranboy rayonun Tap Qaraqoyunlu kəndində 49 yaşlı kənd sakini Şahin Qarayev mal-qara otaran zaman minaya düşərək ağır xəsarət alıb.
Yaralı dərhal ərazidən çıxarılaraq Mingəçevir şəhər xəstəxanasına çatdırlıb. 49 yaşlı kişi əməliyyat edilib. Onun sağ ayağı dizdən aşağı amputasiya olunub. Xəstəxanadan  Yeniavaz. com bildirilib ki, yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Esmira Hidayətova, Goranboy, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top