Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.
Yeniavaz.com xəbər verir ki, hadisə zamanı dağıntı və xəsarət alanların olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) oxu.az-a açıqlama verilib.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.