Magistral yola avtomobildən dollar töküldü - Sürücülər toplamaq üçün... - VİDEO


ABŞ-ın Kaliforniya ştatında magistral yolda hərəkətdə olarkən zirehli maşından bir çanta pul yola tökülüb.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, yola səpələnən pulları görən sürücülər onları yığmaq üçün avtomobillərini saxlayaraq bir-biriləri ilə yarışıblar.
Verilən məlumata görə, polis pulları yığan şəxslərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, zirehli avtomobil San Dieqodan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının ofisinə doğru gedirmiş.

 

DİGƏR XƏBƏRLƏR

Top