Tovuzda evlərdən oğurluq edən 1 nəfər saxlanılıb


Tovuzda evlərdən oğurluq edən şəxs tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 700 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər 1 evdən isə 300 manat pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top