Azərbaycanda pandemiya ilə mübarizəyə cəlb edilən tibbi personalın sayı AÇIQLANIB


Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43 551 tibbi personal, 574 könüllü, 380 xaricdən dəvət olunan mütəxəssis cəlb edilib.

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O, həkimlərin 44 günlük Vətən müharibəsində də xidmətindən danışıb: “Vətən müharibəsi zamanı yaralılara 10 000 tibbi personal, 1300 könüllü, 100 xaricdən dəvət olunan mütəxxəsis xidmət göstərib”. / Report

DİGƏR XƏBƏRLƏR

Top