Azərbaycan və Ermənistan liderlərinin görüş tarixi bəlli oldu –


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı - Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirmək barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.
Bəyanatda deyilir ki, hər iki lider Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra görüşün keçirilməsi barədə razılığa gəliblər:
“Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyi təklif edib. Liderlər regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüş keçirməyə razılaşıblar”.
 

DİGƏR XƏBƏRLƏR

Top