Nazir Avropa çempionlarını qəbul etdi


Bu gün gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb.
Yeniavaz.com
 xəbər verir ki, görüşdə Bosniya Herseqovinada  keçirilmiş qitə birinciliyində çempion olmuş Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq), həmçinin bürünc medalçı Pünhan Mürsəlov (45 kq) iştirak edib.
Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top