NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkel ilə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib ki, NATO Ukrayna sərhədindəki vəziyyəti yaxından izləyir.
Yeniavaz.com xəbər verir ki, Stoltenberq Kiyevə dəstəyini davam etdirəcəyini ifadə edib.
“Ukrayna sərhədləri yaxınlığında Rusiya qüvvələrinin böyük və qeyri-adi cəmləşməsinin şahidi oluruq. Biz Rusiyanı şəffaf olmağa, Ukrayna ilə sərhədlərdə gərginliyi azaltmağa çağırırıq”.
Katib NATO-nun vəziyyəti diqqətlə izlədiyini, Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edəcəklərini ifadə edib.