Nazirlik qarşısında aksiya keçirən qazilərlə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz ki, noyabrın 19-da saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.
Qeyd olunub ki, nazirliyin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən yalnız 6 nəfəri nazirliyin qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib:
“Müraciətlərin hər biri dərhal qeydə alınıb, dinlənilib. Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib. Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb.
Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub. Bununla bağlı da onlara izahat verilib”.

DİGƏR XƏBƏRLƏR

Top