Sergey Lavrov üçtərəfli görüşdən danışdı


“Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın iştirakı ilə Qarabağ üzrə üçtərəfli görüş baş tutacaq, lakin bunun üçün tərəflərin konsensusa ehtiyacı var”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Görüş üçün konsensus lazımdır ki, görüşməyə hazırlaşanların hamısı bununla razı olsun. Əminəm ki, belə bir görüş baş tutacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı təmasları hələ planlaşdırılmayıb. Onun sözlərinə görə, üçtərəfli təmas üçün bütün tərəflərin razılığı və hazırlığı lazımdır.
Qeyd edək ki, konsensus beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səs vermə keçirilmədən razılığa gəlməsidir.

DİGƏR XƏBƏRLƏR

Top