Heydər Əliyev Mərkəzində keçirilən tədbir Mingəçevir Şəhidlərinə həsr olunmuş əlamətdar bir hadisə idi. Noyabrın 19-da mərkəzə toplaşan şəhid valideynləri, ailələri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri “ƏBƏDİYYƏTƏ QOVUŞANLAR” kitabının təqdimatının canlı şahidi oldular. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüqiq-mühafizə orqanlarının rəhbərləri təqdimat mərasimində iştirak edirdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdimat mərasimini açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Vətən müharibələrində iştirak edərək canları, qanları ilə vətənin müdafiəsinə qalxaraq şəhid olan igidlərimiz haqqında söhbət açdı. Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək zəfər qələbələri əldə etməsindən bəhs etdi. Şəhidlərimiz haqqında yazılan “Əbədiyyətə qovuşanlar” kitabının yüksək tərtibatla oxucular təqdim olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Burada əməyi olan “Mingəçevir” qəzeti redaksiyasının kollektivinə və hər kəsə dərin minnətdarlığını ifadə etdi.
Tədbirdə “Əbədiyyətə qovuşanlar” kitabının müəlliflərindən biri “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Məxluq Həsənov, İki Şəhid anası Sevinc Əhmədova çıxış edərək kitab haqqında öz fikirlərini bölüşərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, kitabın layihə rəhbəri İlham İsmayılov,İdea müəllifi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Əliyev,redaktoru şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri ,Pedaqoqika üzrə fəlsəfə doktoru Sahib Əliyev,jurnalist Mətanət Məmmədova,foto müxbir İslam Şirinov,operator və dizayner Mübariz Həsənovdur.Kitab “Mingəçevir”qəzeti redaksiyasında yığılıb səhifələnmişdir.
Tədbirdə “ƏBƏDİYYƏTƏ QOVUŞANLAR” kitabı iştirakçılara təqdim olundu.
Esmira Hidayətova, Mingəçevir