Ali Məhkəmə “Nida” üzvləri ilə bağlı qərar verdi


Ali Məhkəmə “Nida” Vətəndaş Hərəkatının keçmiş 4 üzvünə bəraət verib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, məsələyə Ali Məhkəmənin Plenumunda Avropa Məhkəməsinin qərarı ilə baxılıb. Bəraət verilən şəxslər tanınmış fəallar Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlidir.
İlkin məlumata görə, onlara 188 min təzminat ödəniləcək.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunub, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top