ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyəti müzakirə ediblər. Ann Linde tərəflər arasında gərginləşən vəziyyətin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərdən danışıb:
“Biz Rusiyanın ötən həftə atəşkəsə nail olunması ilə bağlı təşəbbüslərini və sülh müqaviləsinin imzalanmasına göstərdiyi səyləri alqışlayırıq”.