Bu avropa ölkəsi tam qapanmaya getdi


Avstriyada koronavirus səbəbilə 20 günlük karantin rejimi tətbiq ediləcək.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Avstriya kansleri Aleksandır Sellenberq məlumat verib. O bildirib ki,  koronavirusla əlaqədar olaraq noyabrın 22-də ümumi karantin rejimi tətbiq ediləcək.
Qeyd edək ki, noyabrın 15-dən ölkədə koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantin rejimi tətbiq edilir. Buna baxmayaraq, epidemioloji vəziyyət pisləşməkdə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top