Bolqarıstan Türkiyəni seçkilərə müdaxilədə ittiham etdi - Səfir XİN-ə çağırıldı


Bolqarıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
“Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Bolqarıstan hökumətinin iddalarına görə, 2021-ci il noyabrın 14-də Bolqarıstanda keçirilən prezident seçkilərində Türkiyə bu siyasi kampaniyanın gedişinə müdaxilə edib. Bu məqsədlə Türkiyənin Sofiyadakı səfiri Bolqarıstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna cavab olaraq isə Bolqarıstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top