DİN-dən “TikTok” paylaşımlarına görə 16 yaşlı yeniyetməyə XƏBƏRDARLIQ


Bir neçə gün öncə “TikTok” platformasında “[email protected]” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.
DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.

DİGƏR XƏBƏRLƏR

Top