“Baku Elektronics”də partlayış, işçi öldü - YENİLƏNİB


Prokurorluq Bakıda ölümlə nəticələnən partlayış barədə məlumat yayıb.
Sabunçu Rayon Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
 

***13:02
Bakıda ölümlə nəticələnən partlayış baş verib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev 97 ünvanında yerləşən elektrik malları mağazasında qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, mağazada yerləşən kondisioneri təmir etməyə gələn usta oksigen balonunun partlaması nəticəsində həyatını itirib. Partlayış nəticəsində ətrafda yerləşən mənzillərin pəncərələri qırılıb.
Fakla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top