Vasif Talıbovun nazir postundan azad etdiyi qudasının bacısı oğlu da işdən çıxarıldı


Naxçıvan Muxtar Respublikasında daxili işlər nazirinin vəzifəsindən azad olunmasından sonra, ona yaxın olan polis rəisi də vəzifəsindən azad olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə manset.az məlumat yayıb. Bildirilib ki, müvafiq əmrlə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, Elnur İsmayılov bir müddət bundan əvvəl Ali Məclisin sədri Vasif Talıbovun vəzifəsindən azad etdiyi qudası, Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top