Türkiyənin bu bölgəsində küçəyə çıxmaq qadağan olundu


Türkiyənin Bitlis rayonunda PKK-ya qarşı keçirilən əməliyyatla əlaqədar 13 kənd və məhəllələrdə ikinci əmrə qədər komendant saatı elan edildiyi bildirilib.

Yeniavaz.com Tükiyə mətbuatına istinadən bildirir ki, bu barədə valiliyin yaydığı bəyanatda deyilir:

“Rayonun sərhədləri daxilində yerləşən Visit, Esen, Kayadağ, Karbastı, Dilek, Sarpkaya, Kaşak, Taşlıdere, Ocakbaşı, Tolqalı, Sivrice, Açıkalan və Salman kəndlərində  terror təşkilatı üzvləri üçün sığınacaqlar var. Bitlis rayonunda separatçı terrorçuların tutulması üçün 5442 saylı İl İdarəsi Qanununun 11/C maddəsinə əsasən 18 noyabr  günü saat 17.00-dən ikinci əmrə qədər komendant saatı elan edildi".
 

DİGƏR XƏBƏRLƏR

Top