Azərbaycanda doğum səviyyəsinin ən yüksək və ən aşağı olduğu rayonlar - SİYAHI


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 11,1 olub.

Yeniavaz.com açqlanan rəsmi statistikaya istinadən bildirir ki, ölkə üzrə ən yüksək doğum səviyyəsi  Yardımlı (16,8), Qobustan (16,7), Cəlilabad (15), Xocavənd (14,4), Laçın (14,4) və Sabirabad (14,3) rayonlarında qeydə alınıb.

Ən aşağı doğum səviyyəsi isə Xankəndi şəhəri (4,2), Gəncə şəhəri (7,4), Ordubad rayonu (7,7), Naxçıvan şəhəri (7,8), Sədərək rayonu (7,8), Naftalan şəhəri (8,1), Şahbuz (8,2) rayonunda qeydə alınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top