Son sutka ərzində neçə nəfər peyvənd olunub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 201 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 505 772, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 657 536 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top