Müharibədən sonra Qarabağa qayıdan ermənilərin sayı açıqlanıb


44 günlük Vətən müharibəsindən sonra ümumilikdə 47 930 erməni Qarabağa qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumatda bildirilir ki, İrəvan bələdiyyəsi vilayət administrasiyaları ilə birgə Qarabağdan Ermənistana gələnlərin pulsuz geri qaytarılmasını təşkil edir.
Statistik məlumatlar 2020-ci ilin noyabrından 30 sentyabr 2021-ci il tarixinədək olan dövr üçündür.
Qeyd edək ki, 2021-ci il oktyabrın 1-dən oktyabrın 28-dək İrəvan bələdiyyəsinə 8 milyon 120 min dram ianə olub. Bu pulla 1302 vətəndaşın Qarabağa köçürülməsi təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Top