
"Yığma komanda haqqında çox danışırıq. Sonra xətirlərinə dəyir və inciyirlər. Xəbər göndərirlər ki, Mahir, danışma".
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürovun “report”a müsahibəsi zamanı deyib. O bildirib ki, futbolun inkişafı üçün tənqidi fikirlər səsləndirirlər:
"Biz kimisə təhqir etmirik, futbolumuzun inkişafını istəyirik və bu səbəbdən, tənqidi fikirlər səsləndiririk. Bu seçmə mərhələdə də 1 xal toplaya bildik. Lüksemburqla matçda çox zəif oynadıq. Qətərlə qarşılaşmaya isə ikinci heyətə və ya gənc futbolçulara şans verilməli idi. Sonuncu və lazımsız oyun idi. Amma yenə də eyni heyəti gördük. Milli seçmə mərhələdə həqiqətən çox zəif oynadı".