Kəmaləddin Heydərov icra başçısının oğlunu işdən çıxardı - FOTO


Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi rəis müavinini vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “qaynarinfo” məlumat yayıb. Bildirilib ki, nazirin müvafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.
Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.
Qeyd edək ki, Seymur Qaraşov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top