
Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının qurucularından biri məhv edilib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, “Fuat” kod adlı Əli Heydər Kaytan İraqın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Qeyd edək ki, A.H.Kaytan PKK terrorçularının başçısı Abdullah Öcalandan sonra qruplaşmada sözü keçən əsas şəxslərdən biri sayılırdı.