Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı onun həkimi açıqlama verib.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, həkim Nikoloz Kipşidze uzun müddət davam edən ağrılara görə Saakaşvilidə qıcolma yarandığını bildirib.
"Əvvəlki günlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə sarılıq var, vəziyyəti kritik olaraq qalır. O, iclas otağına enə bilmədi, ona görə də palatada ona baş çəkdim. Prezident məndən Qori xəstəxanası haqda soruşdu, belə bir hal baş verərsə, ora köçürülməkdən imtina etməyi tövsiyə etdim”.