“Apple” smartfonların evdə təmiri üçün avadanlıq satacaq


ABŞ-ın texnologiya şirkəti “Apple” smartfon təmiri ilə evdə məşğul olmaq istəyən istifadəçilər üçün orijinal hissələr, və alətlər paneli təqdim edəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb. Məlumata görə, "iPhone 12" və "iPhone 13" sahibləri akkumulyator, ekran və kamera modulu kimi ən vacib ehtiyat hissələrini birbaşa “Apple”dan ala biləcəklər. Belə ki, “Apple” ümumi təmir üçün 200-dən çox hissə və alətlər satışa çıxaracaq.
Qeyd edək ki, ehtiyyat hissələrinin satışı gələn ilin əvvəlindən başlayacaq və digər ölkələrə də təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top