Ağır durumda olan qazi ilə bağlı rəsmi açıqlama - FOTO


Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Əliyev Cahangirin fotosu yayılıb.
Yeniavaz.com
xəbər verir ki, edilən paylaşımda ağır durumda olan qaziyə 200 manat pensiya ödənildiyi iddia olunub.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məsələyə aydınlıq gətirib. O, məlum paylaşımın şərh hissəsinə bunları yazıb:
“Qazimiz Əliyev Cahangirə müddətsiz I dərəcə əlillik təyin edilib. Ona tək 200 manat deyil, 400 manat əlavə, ona qulluq edən anasına isə 50 manat məbləğində təqaüd təyin olunub. Yəni qazimizə ümumilikdə 650 manat məbləğində sosial ödəniş həyata keçirilir.
Səhhətinin yaxşılaşdıdılması ilə bağlı görülən işlərə gəlincə, qazimiz müxtəlif vaxtlarda Sumqayıt Reabilitasiya Mərkəzində stasionar olaraq reabilitasiya müalicəsi alıb, təkərli oturacaqla təmin olunub. Türkiyənin VM Medical Park Pendik Xəstəxanasındakı müalicə alan qazimizin xərcləri qarşılanıb, məişət şəraitinin yaxşılaşdırılması üçün yardım edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində İsrailli həkim heyəti tərəfindən ona tibb xidmət göstərilib.
Əgər qazimizin ailə üzvlərinin sosial vəziyyəti ilə bağlı görülən işlər də sizi maraqlandırırsa, onu da bildirək ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları qazinin ailəsində olub, onların sosial vəziyyəti ilə maraqlanıblar. Cahangirin atası Əliyev Gülbala işləyir, eyni zamanda pensiya alır. Qazinin anası oğluna qulluq etdiyinə görə işləmir, lakin dərzi olduğunu nəzərə alınaraq “kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin olunub. Bacısı isə hazırda orta məktəblərin birində müəllimə işləyir. Beləliklə, ailənin aylıq ümimi gəliri 1800 manata yaxındır. Bundan başqa Cahangirin anasına mənzil növbəsinə durması üçün yerli icra hakimiyyətinə müraciət etməsi də tövsiyə olunub”.

DİGƏR XƏBƏRLƏR

Top