Ərdoğanın iqamətgahını lentə alan israilli cütlük azad edildi


Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahının fotosunu çəkdiklərinə görə İstanbulda həbs edilən İsrail vətəndaşları sərbəst buraxılıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti xəbər yayıb. Verilən məlumata görə, israilli cütlük Natali və Mordi Oknin sərbəst buraxılmasına qərar verilib. Mövzu ilə bağlı olaraq İsrail rəhbərliyi prezident Ərdoğana təşəkkür edib.
Qeyd edək ki, Türkiyə hökuməti noyabrın 12-də İstanbuldakı telekommunikasiya qülləsinin müşahidə göyərtəsindən Ərdoğanın iqamətgahının fotosunu çəkdiyi üçün israilli cütlüyü həbs etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top