Şəhid Elmin Əlizadə dəfn edilib - FOTOLAR + YENİLƏNİB


Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.
Yeniavaz.com
  xəbər verir ki, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.
Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.



Esmira Hidayayətova,Mingəçevir

***11:16

Xəbər verdiyimiz ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, onlardan biri - əsgər Əlizadə Elmin Samir oğlunun nəşi Mingəçevirə gətirilib.
Ağdamdan məcburi köçkün olan 19 yaşlı şəhidimizin nəşi ailəsinə təhvil verilib.
Hazırda Mingəçevirdə məcburi köçkünlər üçün salınan "Yeni həyat" qəsəbəsində şəhidlə vida mərasimi keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top