Şəhid Murad Xəlilovla Şəmkirdə vida mərasimi keçirilir


Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Murad Xəlilovla Şəmkirdə vida mərasimi keçirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, şəhidin cənazəsi Şəmkirin Çinarlı qəsəbəsinə, yaşadığı evə gətirilib.
Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, Şəmkir rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir. Şəhid əsgər Murad Xəlilov Çinarlı qəsəbə qəbiristanlığında dəfin ediləcək.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top