Rusiya Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun meyitini Bakıdan İrəvana apardığı erməni hərbçinin adı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ölən hərbçi 1990-cı il təvəllüdlü baş leytenant Taron Civanoviçdir.
Qeyd edək ki, dünən Rüstəm Muradov sərhəddə yaranan gərginliyin aradan qaldırılması məqsədilə Bakıya gəlib və daha sonra təyyarə ilə İrəvana gedib.