Şəhid Orxan Cabbarov dəfn olundu - FOTOLAR + YENİLƏNİB


Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Orxan Cabbarov anadan olduğu Quba rayonunda dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, gizir Orxan Cabbarov Quba Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***10:42

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş gizir Cabbarov Orxan Hətəm oğlu doğulduğu Quba rayonuna gətirilib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Davudoba kəndində keçiriləcək. Daha sonra gizir Quba şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Bildirək ki, Gizir Cabbarov Orxan Hətəm oğlu 1994-cü ildə Davudoba kəndində anadan olub.
O subay idi. 
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbçimiz yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top