ABŞ-da erməni ailə 20 milyon mənimsəyib... - Tapana pul mükafatı veriləcək


ABŞ-ın Kaliforniya ştatında yaşayan bir erməni cütlük COVID-19 yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul mənimsəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Mariyetta Terabelyan isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar bank fırıldaqçılığı və çirkli pulların yuyulmasında təqsirləndirilirlər.
Sözügedən şəxslər polisdən gizlənməyi bacardığı üçün hökm qiyabi olaraq çıxarılıb. Federal məmurlar bildirib ki, cütlük avqustun 29-u elektron qandallarını açaraq yoxa çıxıblar.
Onlar barədə polisə məlumat verən şəxsə 20 000 dollar mükafat vəd edilib.

DİGƏR XƏBƏRLƏR

Top