Deputat Paşinyanı vətənə xəyanətdə ittiham etdi, ara qarışdı – VİDEO


Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı “Şərəfim var” blokunun üzvü Hayk Mamicanyan onu vətənə xəyanətdə ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, dialoqlar nəticəsində parlamentdə hökumət rəsmiləri ilə sual-cavab iclasında qalmaqal yaşanıb.
Mamicanyan Paşinyana müraciətlə "Ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız”, deyib.
Paşinyanın cavabı isə müxalif partiyanın deputatları arasında etiraza səbəb olub:
“Sənə pis xəbərim var. Mən Ermənistanda dörd penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç də pis hiss etməmişəm”.
Bu zaman onun rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Paşinyanı müdafiə etməyə çalışıblar. Lakin bu, əvvəlcə deputatların mübahisəsiylə, ardınca isə bir-birilərini təhqir etməsiylə nəticələnib.
Bunun davamında müxalif deputatlar opponentlərini sona qədər dinləmədən iclası tərk ediblər.

DİGƏR XƏBƏRLƏR

Top