Polis meyiti tapılan şəxsi tanıyanlara müraciət edib - FOTO


Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd olunub ki, aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət və seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.
Bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinə məxsus 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

DİGƏR XƏBƏRLƏR

Top