Şəhid Ümid Niftəliyev Naxçıvanda dəfn olunub - YENİLƏNİB


Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.
Dəfn mərasində rəsmi şəxslər, Müdafiə Nazirliyinin əməkdaşları, ictimiayyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

***11:46
Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb.

 

***09:44
Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.
Leytenant Ümüd Niftəliyev Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.


DİGƏR XƏBƏRLƏR

Top