Noyabrın 19-da dünya son 580 ilin ən uzun Ay tutulmasına şahidlik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Verilən məlumata görə, ay tutulması gecə yarısında başlayacaq və 3 saat 28 dəqiqə 23 saniyə davam edəcək. Ay tutulması ABŞ-ın 50 ştatından, Kanada və Meksikadan, həmçinin Cənubi Amerika, Polineziya, Avstraliya və Çinin bir hissəsindən görünəcək.
Qeyd edək ki, bundan əvvəl ən uzun ay tutulması 2018-ci ildə baş verib və 2 saatdan az davam edib.