Şəhid olan Elmin futbolçu imiş... - AFFA-dan paylaşım


Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Yeniavaz.com AFFA-ya istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top