“ABŞ-ın BKS ilə bağlı bəyanatlarını ikiüzlülük hesab edirik” – Rusiya MN


Rusiya Müdafiə Nazirliyi noyabrın 15-də kosmosda artıq fəaliyyət göstərməyən Rusiya peykinin raketlə vurduğunu bildirib.
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iddia edib ki, Rusiyanın kosmik gəmini vurması Beynəlxalq Kosmik Stansiyanın fəaliyyəti üçün təhlükə yaradacaq. 
Rusiya isə bu iddiaya cavab olaraq bildirib ki, kosmosda oxşar təcrübələr ABŞ, Çin və Hindistan tərəfindən də aparılıb:
“ABŞ-ın Rusiyanın Beynəlxalq Kosmik Stansiya (BKS) üçün təhlükə yaratması ilə bağlı bəyanatlarını ikiüzlülük hesab edirik. Birləşmiş Ştatlar heç kimə məlumat vermədən kosmosda ən müasir avadanlıqları, o cümlədən dronları aktiv şəkildə sınaqdan keçirir və inkişaf etdirir”.

DİGƏR XƏBƏRLƏR

Top