Britaniyaya məxsus F-35 Aralıq dənizinə düşüb


Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı Aralıq dənizində qəzaya uğrayıb.
Yeniavaz.com "BBC"yə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə beynəlxalq sular üzərində baş verib. Qeyd olunub ki, pilot sağdır və o "Queen Elizabeth" təyyarədaşıyan gəmisinə qayıdıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top