Şəhid Elçin Əliyevlə vida mərasimi keçirilir - FOTOLAR + YENİLƏNİB


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinlə Şirvanda vida mərasimi keçirilir.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, mərasimdə şəhidin doğmaları ilə yanaşı, Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, şəhidin silahdaşları və ictimaiyyətin nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.
Allah rəhmət eləsin!

***20:08

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib.
Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top