Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 17-də Azərbaycana sülh müqaviləsi imzalamağı təklif edib.
Yeniavaz.com "izvestiya"ya istinadla xəbər verir ki, bunu, baş nazirin özü deputatın, rəsmi Bakının sülh müqaviləsi imzalamaq təklifinə münasibəti ilə bağlı sualını cavablandırarkən deyib:
“Biz Azərbaycana sülh müqaviləsi imzalamağı təklif etmişik”.
Paşinyan onu da vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinin məqsədi məhz sülhün əldə olunmasıdır:
“Bundan əvvəl sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə iş aparılmalıdır. Bu, irihəcmli sənəddir və biz bu işdən imtina etməmişik. Biz də bu məsələni gündəliyimiz hesab edirik”.