“Can Azərbaycan 28 ildir Ermənistanın işğalı altında olan torpaqları geri aldı. Türklərin gücünü göstərdi. Azərbaycan tək deyil”.
Yeniavaz.com “Habertürk”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Alzayani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir həmçinin bildirib ki, Ermənistanın etdiyi hücumlar terror aktıdır:
“Ermənistan deyir ki, "mən sülh istəmirəm, mən təxribat istəyirəm”. Kim itirir? Təbii ki, Ermənistan itirir. Ermənistan sülh tərəfdarı olmalıdır".