Evsiz deputatlara verilən kirayə haqqının artırılması təklif olunub


“Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".

DİGƏR XƏBƏRLƏR

Top