Dayısı oğlunu qaçırıb yarım milyon tələb edənə hökm oxundu


Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu qaçıran şəxslərin məhkəmə prosesi yekunlaşıb.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslər Rafiq Hüseynov və Anar Mehdiyev hər biri 15 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Mirəkbər Seyidovun oğlunu qaçırmaq barədə planın təşkilatçısı Rafiq Hüseynov onun öz bacısı oğlu olub. R.Hüseynov dayısının biznesmen olduğunu nəzərə alaraq oğlunu qaçırıb ondan külli miqdarda pul tələb etmək qərarına gəlib.
Bu il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı A.Mehdiyevlə birlikdə M.Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısına göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top