Rusiya Telman İsmayılovla bağlı Monteneqroya müraciət göndərib


Rusiyanın Monteneqrodakı səfirliyi qarşı tərəfə Rusiya Baş Prokurorluğunun iş adamı Telman İsmayılova sığınacaq verilməsi qərarının ləğvi ilə bağlı müraciətini çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə Rusiyanın “RİA Novosti” saytı məlumat verib.
Rusiya Baş Prokurorluğundan bildirib ki, Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə Rusiyada qiyabi həbs edilən iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsi qərarının ləğvi üçün petisiya göndərilib. Ona qarşı adam öldürmə və qeyri-qanuni silah alveri ittihamları irəli sürülüb.
Qeyd edək ki, İsmayılova sığınacaq verilməsi barədə qərar Monteneqronun Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib, bundan sonra məhkəmə onun dərhal ekstradisiya müəssisəsindən azad edilməsi barədə qərar verib.
Xatırladaq ki, Rusiya Telman İsmayılov və qardaşı Vaqif barəsində beynəlxalq axtarış elan edib.

DİGƏR XƏBƏRLƏR

Top