Rusiya və Aİ Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib


Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyi müzakirə ediblər.
Onlar silahlı toqquşmadan narahatlıqlarını bildirib və məsələnin siyasi yolla həll edilməsinin vacibliyini vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top